Millət vəkili Qənirə Paşayeva Tovuzun Qovlar şəhərində də məktəblilər üçün Kitab Günü keçirib.
Bizimaz.az xəbər verir ki, millət vəkili məktəbliləri daha çox oxumağa və daxili dünyalarını zənginləşdirməyə çağırıb.
Q.Paşayeva Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə verdiyi böyük önəmdən danışıb.
O bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gənc orta məktəb illərindən Azərbaycan tarixinı və ədəbiyyatını yaxşı öyrənməlidir.
Deputat gənclər arasında elmə meyilliyin artmasının vacibliyi ilə bağlı məktəblilərlə söhbət edib və onların sualları cavablandırıb.
Millət vəkili onları zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa səsləyib: “Hesab edirəm ki, inkişafın yolu öyrənməkdən keçir”.
Q.Paşayeva valideynləri və müəllimləri gənclərin kitaba meylliyinin artması istiqamətində fəal olmağa çağırıb.
Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova təhsildə fərqlənən şagirdlərə hədiyyələr təqdim ediblər.