Xəbər lenti

Məlum olduğu kimi, jurnalist Natiq Qocaman 1 fevral tarixindən insult səbəbindən koma vəziyyətinə düşüb və hazırda Mərkəzi Klinik xəstəxanada müşahidə altındadır. Jurnalistin xanımı Könül Qocaman həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, yayınlayandan qısa müddət sonra müraciətə reaksiya verilib. Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın şöbə müdiri Əli Həsənov Musavat.com-a bildirib ki, komada olan jurnalistin müalicəsi ilə maraqlanıb, xəstəxananın baş həkimi ilə bilavasitə söhbət edib və vəziyyət haqqında tam informasiyanı alıb:

“Cənab Prezidentin tapşırığı ilə jurnalistlərlə bağlı yaranmış bu tipli halları daim diqqət mərkəzində saxlayır, mütəmadi maraqlanıram. Zərurət yarandığı təqdirdə cənab Prezidentə bu haqda məruzə edilir və müvafiq yardım göstərilir. Nəzərinizə çatdırmaq istəyirım ki, bundan əvvəlki dövrlərdə də ayrı-ayrı jurnalistlərin səhhətində yaranmış ciddi problemlərlə həm ölkə daxilində, həm xaricdə təcili müalicə ilə bağlı dövlət dəstəyi üçün cənab Prezidentə müraciət olunub və bütün hallarda onun tapşırığı ilə bu məsələlər həll edilib.

Natiq Qocayevlə bağlı məsələyə gəldikdə, bildirirəm ki, mənə məlumat daxil olan kimi hazırda onun yerləşdiyi Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi ilə əlaqə saxlamışam. Həkimlərinin rəyinə görə, hazırda Natiq Qocayevi bir yerdən başqa yerə köçürtmək, daşımaq mümkün deyil. Əvvəlcə ümumi təcrübəyə uyğun olaraq onun durumu sabitləşdirilməli, müalicəyə reaksiyası təmin olunmalı, transportabel vəziyyətinə gətirilməlidir. Mənim əldə etdiyim məlumata görə, bunun üçün hazırda Mərkəzi Klinik Xəstəxanada dünyanın ən öncül klinikalarında tətbiq olunan metodlarla Natiq Qocayevin müalicəsi aparılır”.

Cənab Əli Həsənov deyib ki, xəstəxananın baş həkimi ilə şəxsən danışıb, təfsilatlı məlumat alıb, jurnalistin müalicəsi nəzarət altındadır: “Onun hazırda aparatdan ayrılıb, haraya isə aparılması mümkün deyil. Biz ona Allahdan cansağlığı arzılayırıq. Həkimlər əlindən gələni edir, biz də onun müalicəsi ilə daim maraqlanırıq. Sonrakı müddətdə, stabilləşmə baş verəndən sonra lazım gəlsə, xaricdə müalicəsi də davam etdiriləcək”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov