Xəbər lenti

Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib və sakinlərlə görüş keçirib.

 

Bizimaz.az xəbər verir ki, millət vəkili sakinlərin qayğıları ilə maraqlanıb və bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Q.Paşayeva sakinlərin müraciətlərini dinləyib və problemlərin həlli istiqamətində müvafiq qurumlara müraciət edib.

Millət vəkili həmçinin kəndlərdə fiziki imkanları məhdud insanların qayğıları ilə də maraqlanıb.

Seçiciləri millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə müzakirələr aparıblar, öz təklif və fikirlərini səsləndiriblər.

Deputat ənənəsinə sadiq qalaraq vətəndaşların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

Q.Paşayeva seçicilərini narahat edən bir sıra məsələləri yerindəcə həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll edəcəyinə söz verib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov