Xəbər lenti



Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidmətində düzəlişlər edilib.

 

Bizimaz.az bildirir ki, Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, müəllimlər Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Onlayn kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçməklə artımdan sonra əməkhaqlarını hesablama imkanı əldə edə bilərlər.

Bunun üçün “Onlayn kalkulyator” keçidinə daxil olaraq müvafiq məlumatlar qeyd edilməli və “hesabla” düyməsi seçilməlidirlər. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları “Hesablama” düyməsindən aşağıda yerləşən cədvəl vasitəsi ilə əldə edə biləcəklər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov