Xəbər lenti

Millət vəkili Qənirə Paşayeva Tovuzun Qovlar şəhərində şəhid ailələri ilə görüş keçirib.

 

Bizimaz.az xəbər verir ki, görüşdə Qovlar şəhərinin rəsmi nümayəndələri də iştirak ediblər.

Q.Paşayeva bildirib ki, Azərbaycan dövləti hər zaman şəhid ailələrinə dəstək və qayğı göstərib.

Millət vəkili Prezident İlham Əliyevin şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı fərmanından da söz açıb:

“Şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləği artırılaraq 300 manat müəyyən edilməsi, onların mənzil vəziyyətinin yaxşılaşdırılması dövlətin və dövlət başçısının şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Birinci vitse-prezidenti Mehriban Əliyeva hər bir azərbaycanlını şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmağa çağırıb. Hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün çox dəyərlisiniz. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik”.

Şəhid ailələri onları hər zaman diqqətdə saxladığı üçün ölkə başçısına təşəkkür ediblər, birdəfəlik ödəmənin bütün şəhid ailələrinə şamil edilməsi ilə bağlı verilən göstərişlərdən çox məmnun qaldıqlarını bildiriblər.

Q.Paşayeva hər bir şəhid ailəsini ayrı-ayrılıqda dinləyib, onların qayğıları ilə maraqlanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov