Xəbər lenti

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun Milli Məclisə hesabat verəcəyi tarix müəyyənləşib.

 

Bizimaz.az bildirir ki, Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı martın 15-də Milli Məclisdə dinləniləcək.

Belə ki, həmin gün keçiriləcək plenar iclasda Novruz Məmmədov Baş nazir təyin olunduqdan sonra ilk dəfə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.

Hesabatın mart ayının əvvəlindən tanışlıq üçün Milli Məclisə təqdim olunaraq, deputatlara paylanılması nəzərdə tutulub.

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Novruz Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov