Xəbər lenti



“İdrak” liseyinin təsisçisi pedoqoji elmlər doktoru professor Mönsüm Alışov Britaniya Səfirliyinin dəvəti ilə yanvar ayının 23-25 tarixlərində Londonda keçirilmiş Təhsil Texnologiyaları sərgisində iştirak etmişdir. Bizimaz.az bildirir ki, Sərgidə Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov başda olmaqla bir sıra qabaqcıl tədris müəssisələrinin nümayəndələri iştirak etmişlər. Bundan başqa sərgi ilə tanış olmaq məqsədilə dünyanın 80-dən çox ölkəsindən aparıcı təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələri bir araya toplaşmışdır.
Sərginin keçirilməsində məqsəd müasir texnologiyaların tədrisə tətbiq edilməsi və bunun tədrisin keyfiyyətinə müsbət nəticəsinin təmin edilməsi idi.
İdrak liseyinin nümayəndələri öz tərəfindən İKT sahəsində ixtisaslaşmış bir çox şirkətlərlə görüşlər keçirmiş, innovasiyaların liseyin işinə təsir edəcək müsbət amillərini müzakirə etmişlər.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov