Deputat Sahib Alıyev sosial şəbəkələrin qanunla tənzimlənməsinin tərəfdarıdır.
Bizimaz.az xəbər verir ki, deputat bununla bağlı təklifi yaz sessiyasının ilk plenar iclasında səsləndirib:
“Hesab edirəm ki, təkcə onlayn media deyil, həmçinin, sosial şəbəkələr də qanunla tənzimlənməlidir. Ya bununla bağlı ayrıca qanun qəbul olunmalı, ya da mövcud qanunvericiliyə dəyişikliklər edilməlidir. Çünki xüsusilə bu gün sosial şəbəkələrdə təhqirlər baş alıb gedir”.