Xəbər lenti

Bu gün Milli Məclisin ən fəal millət vəkillərindən olan Zahid Orucun 47 yaşı tamam olur.

 

Bizimaz.az xəbər verir ki, Zahid Məhərrəm oğlu Orucov 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub.

1994-cü ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb.

Həmçinin, 5 il Azərbaycan Texniki Universitetinin elmi şurasının üzvü olub.

1992-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini, 1999-2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Zahid Oruc lap gənc yaşlarından dəyişməz siyasi mövqeyi və ideyaları ilə fərqlənib.

2000-ci ildə Milli Məclisə üzv seçilib. Hazırda Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsi və Hesablayıcı komissiyasının üzvü, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq “Parlament Jurnalistlər Birliyi”nin və Azərbaycan Respublikası Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb.

Milli Məclisdəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsi, seçici hüquqlarını müdafiəsi və qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlardan biridir.

Beynəlxalq Marşall Mərkəzində onlarla qeyri-hökumət təşkilatlarının, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən layihələrin fəal tərəfdaşı kimi müxtəlif sertifikat və digər nominasiyaları alıb.

Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl analitik məqalələrlə çıxış edir. Rus, türk və ingilis dillərini bilir.

Zahid Orucun siyasi portreti dedikdə ilk növbədə göz önündə səlist siyasi ritorikaya malik olan bir siyasi xadimin obrazı canlanır.

2018-ci il 11 aprel prezident seçkilərində 3,11 faiz səslə ikinci yeri tutub.

Ailəlidir, iki övladı var.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov