Xəbər lenti

Ötən il gömrük sisteminin strukturu yeniləndi. Kadr və struktur islahatları uğurla həyata keçirildi. Polis nəzarət funksiyasından xidmət funksiyası strukturuna keçid edildi. Ötür-ötür xidməti və bu fonda baş verən təkrarlanmalar aradan qaldırıldı.

 

Bizimaz.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev komitənin peşə bayramı münasibəti ilə keçirilən kollegiya iclasında deyib.

Sədr bildirib ki, Prezident İlham Əliyevin dəstək və qayğısı nəticəsində komitə uğurla inkişaf edir:

“Azərbaycan gömrük xidməti beynəlxalq əməkdaşlığın gətirdiyi yenilikləri ilk tətbiq edən qurumlardan biridir. Ötən il büdcəyə 1 milyard vəsait köçürülüb. 1 ton 200 kq narkotikin aşkarlanması qaçaqmalçılıq sahəsində ən böyük uğurlarımızdan biridir.

Xidmətdə çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə ötən il gömrük əməkdaşlarının məvacibi artırıldı. Biz gömrük sistemində şəffaflığın təmin olunması üçün gecə-gündüz fəaliyyət göstərəcəyik və dövlət başçısının tapşırıqlarını sonuna kimi yerinə yetirəcəyik. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam edəcək. Gömrük əməkdaşlarının bəziləri ötən il cinayət məsuliyyətinə cəlb edildi. Onlar iclaslarda xəbərdarlıqlarımıza baxmayaraq, gömrük andına sadiq qalmadılar və bu işə xələl gətirdilər. Biz bu sahədə qəti addımlarımızı bu il də atacağıq. Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək! Rəislər bu məsələdə ciddi əməliyyat tədbirləri keçirməli və qayda pozuntularının qarşısı alınmalıdır. Sahibkarlara da müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər. Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir”

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov