Xəbər lenti


Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.

 

Bizimaz.az bildirir ki, Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanda aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb.

2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib.

Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.

Xəstəlik halları əsasən 20-40 yaşlı vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib:

"Bundan əlavə, hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib. Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov