Bakı şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, Bakının meri Eldar Əzizovun imzaladığı qərarla İlqar Əlizadə BŞİH-in hüquq şöbəsinin rəhbəri təyin edilib.
Qeyd edək ki, İ.Əlizadə bu təyinatadək Milli Məclis Dövlət Qulluğu və Kadr Məsələləri Şöbəsinin müdir müavini işləyib. O, daha əvvəl isə Mərkəzi Seçkilər Komissiyasında Hüquq şöbəsinin rəhbəri olub.