“Palmali Holding”in rəhbəri, iş adamı Mübariz Mənsimov Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcək.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, aşağıdakı kriteriyalara uyğun ilk 100 tələbə bir il boyunca şirkət tərəfindən müəyyənləşdirilən təqaüdü alacaq:
– Bir öncəki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar;
– Şəhid ailəsi üzvü olanlar;
– Qarabağ müharibəsi qazilərinin yaxınları;
– Ağır maddi durumda olan ailələrin övladları.
Tələbələrdən bu əsas kriteriyalara uyğun sənədləri pasport və ya şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə xüsusi komissiyanın emailinə göndərmələri (palegitim@gmail.com) rica olunur.
Gələn həftədən etibarən, sənədlər toplandıqdan sonra araşdırılacaq və fevral ayında şanslı 100 tələbə ilə təqaüd müqaviləsi bağlanacaq