"Azərişıq" ASC-nin Bakı regionunun Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Tahir Əliyev tutduğu vəzifədən azad edilib.
Bizimaz.az bildirir ki, onun yerinə Rasim Həsənov təyin edilib.
Həmçinin, "Azərişıq"ın Texniki departamentinə yeni direktor təyin edilib. Bu vəzifə əvvəllər həmin departamentdə Texniki idarənin rəisi işləmiş Qədir İsmayılova həvalə edilib.
"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a açıqlamasında faktı təsdiq edib.
Qeyd edək ki, "Azərişıq"ın Texniki departamentinin keçmiş rəisi Ziyəddin Quliyev "Azərenerji" ASC-yə vitse-prezident təyin edilib.
istinad