Xəbər lenti



Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrası ləğv olunub.

 

Bizimaz.az bildirir ki, Bu barədə Publika.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sözügedən kafedra Elmi Şuranın qərarı ilə UNEC-də tədris sistemini daha səmərəli təşkil etmək məqsədilə oktyabr ayından ləğv edilərək, digər kafedra ilə birləşdirilib.

Ləğv edilən kafedranın müdiri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Xanhüseyn Kazımlı olub. Şöbədən bildirilib ki, X.Kazımlı universitetdə artıq məsləhətçi professor kimi fəaliyyət göstərir.

Qeyd edək ki, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Xanhüseyn Kazımlı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villası bi rmüddət əvvəl əlindən alınıb.

 

Azərbaycanda deputatın villası əlindən alındı – BU SƏBƏBDƏN

 

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov