Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.
Bizimaz.az :Bu barədə Oxu.Az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elşad Həsənov məlumat verib.
O, Səməd Seyidovun yenidən vitse-prezident seçilməsini təsdiqləyib.
Azərbaycan nümayəndə heyətinin üzvləri - deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir.
Qeyd edək ki, bu gün AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 25-nə kimi davam edəcək.