Xəbər lenti

"20 Yanvar tarixi Azərbaycanın müstəqillik qazanmasında əsaslı dönüş olub"

 

Bizimaz.az "Report"-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkal Özoral deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür. "Bu gün matəm günüdür. 1990-ci ilin bu günü qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda bu Azərbaycanın süverenlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqillik qazanmasında əsaslı dönüş oldu", - deyə o qeyd edib.

Səfir həmçinin əlavə edib ki, 20 Yanvar milli qürur günüdür: "Bu gün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Şəhidləri sayğı ilə anırıq".

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov