Xəbər lenti

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında şəkərli diabetdən əziyyət çəkən vətəndaşlara dərman və şəkərli diabeti ölçən cihaz verilmədiyi iddia olunur

 

bizimaz.az Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən xəstələr pulsuz dərman və şəkərli diabeti ölçən cihazla təmin edilirlər. Ancaq bəzi tibb müəssisələri bu qaydaya riayət etmirlər. Belə tibb müəssisələrindən biri haqqında redaksiyamıza şikayət daxil olub.

Şəmkir şəhər sakini Məhərrəmova Almas Ağakişi qızı “Təzadlar” qəzetinə səhiyyə naziri cənab Oqtay Şirəliyevə ünvanlı şikayət məktubu göndərib.

Şikayətçi məktubunda Şəmkir Rayon Mərkəzi Xəstəxanasında şəkər xəstələri üçün nəzərdə tutulan dərman vasitələrinin çatışmazlığından narazılığını ifadə edib. Şəkərli diabetdən əziyyət çəkən 66 yaşlı xəstənin sözlərinə görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov onların vaxtında iynə, dərman vasitələri ilə təmin olunmalarına şərait yaratmır: “Mən və qızım Aidə Bayramova şəkər xəstəsiyik. Bildiyiniz kimi, şəkər xəstələri üçün dərman vasitələri və şəkərli diabeti ölçən cihazlar dövlət tərəfindən pulsuz verilir. Biz şəkər xəstələri dərmanları vaxtında qəbul etməliyik. Gecikdirdikdə, səhhətimizdə ciddi problemlər yaranır. Şəkərli diabeti ölçən cihaz verilmədiyi üçün bəzən şəkərimiz 450-480-ə yüksəlir “.

ŞƏMKİRİN BAŞ HƏKİMİNDƏN NAZİRƏ ŞİKAYƏT Şikayətçi həmçinin baş həkimin onlara qarşı sayğısızlıq göstərməsindən də şikayətlənib: “Onun dərman və şəkərli diabeti ölçən cihaz verməsi bir yana qalsın, üstəlik də bizimlə kobud davranışı əlavə bir əzabdır. Dəfələrlə baş həkim Ayaz İbrahimovun yanında olmuşuq. Vəziyyətimizi ona danışmışıq, ancaq o, deyir ki, dövlət dərman, şəkərli diabeti ölçən cihaz vermir, nə vaxt dövlət ona dərman, şəkərli diabeti ölçən cihaz versə, o da bizə verəcək. Bu bəhanə ilə bizə lazımi dərmanlar əvəzinə, başqalaranı təklif edir. O dərmanlar da əks təsir göstərir. Hətta neçə dəfə həmin iynələrdən komaya düşmüşəm, təcili tibbi yardım həkimlərinin sayəsində yenidən həyata qayıtmışam.

Mən səhiyyə naziri cənab Oqtay Şirəliyevdən xahiş edirəm ki, bu məsələni ciddi nəzarətə götürsün. Belə görünür ki, bizim Şəmkir Rayon Mərkəzi Xəstəxanasında kadr islahatlarına ehtiyac var”.

Məsələ ilə bağlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimovla əlaqə yaratmaq cəhdimiz alınmadı. Odur ki, baş həkimin də möbvqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV
(tezadlar.az)

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov