Xəbər lenti



 Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri davam etdirilir.

 

Bizimaz.az :"Report" yanvarın 16-da hazırladığı fotoreportajı təqdim edir.

Qeyd edək ki, artıq insanlar Şəhidlər xiyabanını ziyarət etməyə başlayıblar. Ziyarətə gələnlər arasında müəllimlər, gənclər, orta məktəb şagirdləri də var. Onlar şəhidlərin qəbirlərini ziyarət edir, məzarları üzərinə qərənfillər qoyurlar.

Xatırladaq ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov