Gürcüstanın Azərbaycandakı səfirliyi dövlət bayraqlarını endirib
Bizimaz.az "Report" -a istinadən xəbər verir ki, bu addım Tbilisidə yerləşən yaşayış binalarından birində baş vermiş partlayış nəticəsində ölənlərin xatirəsinin yad edilməsi məqsədi ilə atılıb.
Baş vermiş hadisə ilə əlaqədar yanvarın 17-si Gürcüstanda matəm günü elan olunub.
Xatırladaq ki, daha əvvəl Tbilisidə baş vermiş partlayışda 4 nəfərin, o cümlədən 4 yaşlı uşağın öldüyü bildirilib.