Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dünən fərman imzalayıb və 8 qurum ləğv edilib.
Bizimaz.az Axar.az-a istinadən ləğv edilən qurumlar və onların yaranma tarixini təqdim edir:
1. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 1 iyun 2012-ci ildə yaradılmışdı. Akim Bədəlov 2013-cü ilin 1 fevral tarixindən qurum ləğv edildiyi günə qədər onun sədrliyini edib.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 7 may 2014-cü il tarixində yaradılmışdı. Qurumun icraçı direktoru vəzifəsini qurum yarandığı gündən Oktay Səmədov icra edirdi.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 12 noyabr 2007-ci il tarixində yaradılmışdı. Fəlsəfə doktoru Fərhad Məmmədov 2012-ci il 31 may tarixindən etibarən SAM-ın direktoru idi.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya 1999-cu il 9 dekabr tarixində yaradılıb. Katiblik isə 2018-ci ilin 5 fevral tarixindən fəaliyyət göstərirdi.
5. Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu 1996-cı ildə yaradılmışdı.
6. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu 1993-cü ildə yaradılmışdı. Dövlət Komissiyasının katibi İsmayıl Axundov işçi qrupunun rəhbəri, Eldar Səmədov isə işçi qrupu rəhbərinin müavini idi.
7. Tarif (qiymət) Şurasının Katibliyi 2005-ci ildə yaradılmışdı.