Xəbər lenti

mubariz-qurbanli
“Radikal dini qruplar, din adından sui-istifadə edənlər olduqca təhlükəlidir”.

 

Bizimaz.az “Report”-a istinadən  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, hazırda din adı altında gizlənən, dini siyasiləşdirən qruplar var: “Onlar bunun vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhdlər edirlər. Bəzi ölkələrdə hətta buna nail də olublar. Biz bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görə bilərik. Ona görə də dindən sui-istifadəyə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları tərəfindən lazımi addımlar atılır”.

M.Qurbanlının spzlərinə görə, dini radikalizmlə bağlı çəkilən filmlərə gənclərin marağının böyük olduğu müşahidə edilir: “Bu cür filmlər vasitəsilə biz ölkəmizdəki dini durum, dövlət-din münasibətləri, din pərdəsi altında gizlənən radikallar barədə daha dolğun məlumatları ictimaiyyətə, xüsusilə də gənclərə çatdıra bilərik”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov