Xəbər lenti

 

 “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın ən böyük vergi ödəyicisi olan şirkətdir və şirkətdə Vergilər Nazirliyi tərəfindən mütəmadi cari yoxlamalar aparılır. Vergilər Nazirliyinin SOCAR-da yoxlama aparması adi haldır”.

 

Bu barədə SOCAR-dan  Vergilər Nazirliyinin yoxlamaları ilə bağlı verilən açıqlamada bildirilib. 

Qeyd edilib ki, SOCAR dövlətin əsas vergi ödəyicisi olduğu üçün bu cür yoxlamalar daha əvvəl də tez-tez həyata keçirilib ki, bu da təbii haldır.

Məlumatda deyilir ki, yoxlamalar keçirməklə Vergilər Nazirliyi sadəcə özünün birbaşa funksiyasını icra edir: “SOCAR isə Vergilər Nazirliyinin yoxlamalarına qarşı daim açıq olub və olacaq. Bundan əlavə olaraq, SOCAR həm də ictimaiyyətə qarşı şəffaflığı təmin etmək üçün öz təşəbbüsü ilə dünyanın aparıcı audit şirkətlərindən biri olan “Ernst&Young” şirkəti ilə artıq uzun illərdir əməkdaşlıq edir və həmin şirkət hər il dərc edilən SOCAR-ın maliyyə hesabatlarını yoxlayır, təsdiqləyir və həmin obyektiv və neytral yoxlamadan sonra hesabatlar ictimaiyyətə təqdim olunur. Bununla da SOCAR öz hesabatlarının yüksək şəffaflığını və dəqiqliyini təmin edir”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov