Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu gün Talassemiya Mərkəzində müalicə alan pasiyentlər üçün yeni il şənliyi təşkil olunub.
Bizimaz.az bildirir ki, Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.
Onun sözlərinə görə, mərkəzdə müalicə alan talassemiyalı, leykozlu və sümük iliyi köçürülmüş xəstələr ilə görüşən Şaxta baba və Qar qız onların arzu-istəklərini dinləyib və istəklərinə uyğun olaraq hədiyyələr təqdim edib.
Bayram tədbiri 28 və 29 dekabr tarixlərinə kimi davam edəcək.