Xəbər lenti

Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun İrana səfər proqramı açıqlanıb.

 

Bizimaz.az MM-in Mətbuat xidmətindən  verilən məlumata görə, dekabrın 25-26-da O.Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olacaq.

Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Eldar İbrahimovİsa HəbibbəyliHadi Rəcəbli, deputatlardan Hüseynbala MirələmovŞəmsəddin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Paytaxt Tehranda parlamentin spikerinin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin Sədri Əli Laricani, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şamxani, xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri Urmiya şəhərində olacaqlar. Burada deputatların Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarla görüşü gözlənilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov