Azərbaycan Prezidenti İlham Əliyev Daxili işlər naziri general-polkovnik Ramil Usubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bizimaz.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün R.Usubovun doğum günüdür.