Xəbər lenti


Bakı Dövlət Universitetinin rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

 

Bizimaz.az bildirir ki, Bunu Oxu.Az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, bu barədə ötən gün təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb:

“Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra etməklə, nazir müavini postunda da qalacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, noyabrın 15-də Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.

Rektor səlahiyyətlərinin icrası isə bir ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov