Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı bərpa və yenidənqurmadan sonra açılışı olub.
Bizimaz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Mədəniyyət naziri Əbülfəs Qarayev dövlət başçısına və xanımına binada yaradılan şərait barədə məlumat verib.