Xəbər lenti

Millət vəkil Fəzail İbrahimli özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadə adlı gənc qızın Mübariz İbrahimov haqqında işlətdiyi fikirlərə sərt reaksiya göstərib.

 

Bizimaz.az xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında bu cür halların Azərbaycanın dəyərlərinə hücum olduğunu bildirib.

Spiker Oqtay Əsədov isə həmkarına irad tutaraq bu cür məsələləri Milli Məclisin gündəliyinə çıxarmağın yanlış olduğunu deyib:

“Mən bu məsələni izləmişəm. Xalqın Milli Qəhrəmana olan hücuma göstərdiyi hiddəti görmüşəm. Belə cılız məsələni Milli Məclisə çıxarmaq, onu bir qədər də tanıtmağın əleyhinəyəm. Həmin şəxs universitetdə oxuyur. Hələ heç psixoloq da deyil. Psixoloq olması üçün də illər lazımdır. O xanımın cavabını sosial şəbəkələrdə xalqımız, insanlar verdi”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov