Prezident İlham Əliyev Azərbaycan Respublikası müdafiə sənayesi işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Bizimaz.az bildirir ki, “Report”un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının müdafiə sənayesində uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar dövlət qulluqçusu” Zeynalov Vaqif Əziz oğlu “Əməkdar mühəndis” Məmmədov Sədrəddin Abbas oğlu Virskiy İqor Sergeyeviç.