Bu günlərdə Ermənistanın Ararat vilayətində azərbaycanlı ələ keçirilib.
Bizimaz.az xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb.
Məlumata görə, ələ keçirilən şəxs milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşıdır. Onun hansı səbəbdən sərhədi pozaraq Ermənistana keçdiyi hələlik müəyyən edilməyib. Sərhədi keçən azərbaycanlını rusiyalı sərhədçilər yaxalayıblar.