Bakıda Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçirilib.
Bizimaz.az xəbər verir ki, görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində baş tutub.
Görüş bağlı qapılar arxasında davam etdirilib.