Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram.
Bizimaz.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz Feysbuk hesabında yazıb. Millət vəkili qeyd ki, hər iki əlində karpal tunel sindromu diaqnozu ilə keçirdiyi əməliyyatdan həkimlər bir neçə gün telefonla danışmağı, mesaj yazmağı qadağan ediblər:
“Həkimlər keçirdiyim əməliyyatdan dolayı bir neçə gün telefonla danışmağın, mesaj yazmağın mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə, mesajlarınıza cavab verə bilmədim. Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdı. Hər birinizə minnətdaram”.
Millət vəkili qeyd edib ki, təxminən 1 ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər:
“İnanıram ki, Yaradanın izni və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”.
Qeydb edək ki, millət vəkili Qənirə Paşayeva qollarında meydana gələn karpal tünel narahatlığı səbəbilə bir müddət öncə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunub.