Bir neçə gün öncə Türkiyədə əməliyyat olunan millət vəkili Qənirə Paşayeva artıq Bakıdadır.
Bizimaz.az xəbər verir ki, bu barədə Modern.az-a deputatın əmisi Qəzənfər Paşayev məlumat verib.
O, Qənirə xanımın vəziyyətinin yaxşı olduğunu söyləyib:
“10 gündən çox olardı ki, səhhətində yaranan problemlə bağlı Türkiyədə sinir əməliyyatı keçirmişdi. İndi səhhətində hər şey qaydasındadır”.
Q.Paşayev Qənirə Paşayevanın artıq Bakıda olduğunu da bildirib.
Qənirə Paşayeva qollarında meydana gələn karpal tünel narahatlığı səbəbilə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunub.