Xəbər lenti

Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.
 
Bizimaz.az  report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.
 
"Mercedes” markalı 10 ZP 030 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan "VAZ 21015" markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.
 
Nəticədə "VAZ"ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.
 
Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov