Xəbər lenti


Tibb elmlər üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanovanın rəhbərliyi altında yeni Fitoterapevtlər Cəmiyyətinin təqdimat mərasimi keçirilib.

 

Bizimaz.az Axar.aza istinadən  xəbər verir ki, cəmiyyətin sədri Məlahət Qəhrəmanova Azərbaycanda çoxlu dərman bitkilərinin olduğunu və bu resursların geniş istifadəsi ilə bağlı mütəxəssislərlə birlikdə uzun müddət araşdırma apardıqlarını deyib.

O bildirib ki, cəmiyyəti yaratmaqda məqsədləri zəngin dərman bitki ehtiyatından istifadə edərək, bu sahədə ölkə üçün daha böyük uğurlar əldə etmək, eyni zamanda Azərbaycanın dərman bitkilərini bütün dünyaya tanıtmaqdır.

Millət vəkili Qənirə Paşayeva isə qeyd edib ki, belə cəmiyyətlərin yaradılması ölkənin bu sahədə inkişafına öz müsbət töhfəsini verə bilər.

Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətindən olan təşkilat, cəmiyyət rəhbərləri, Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana, Türkiyənin Yunus Əmrə İnstitutunun Azərbaycan təmsilçiliyinin müdiri Cihan Özdəmir, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva, QHT rəhbəri Zərifə Əliyeva, professor, ziyalı və alimlər çıxış edərək, bu kimi cəmiyyətlərin ölkəmiz üçün əhəmiyyətindən danışıblar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov