Rektor vəzifəsindən azad olunan Abel Məhərrəmov öz kabinetini "Üzvi kimya" kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən "Üzvi kimya" kafedrasının rəhbəri olmasıdır.
Bizimaz.az Publika.aza istinadən xəbər verir ki, bu barədə məlumatı Unikal.org yayıb. Bildirilib ki, akademik hər gün işə çıxır.
Məsələ ilə bağlı danışan BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, akademik Abel Məhərrəmov hazırda "Üzvi kimya" kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.