Xəbər lenti


Ukraynada 4 saylı Kiyev yerli prokurorluğunun iştirakı ilə cari ilin 1 fevral tarixinə keçən gecə paytaxt restoranlarından birində hərbçini qətlə yetirmiş Azərbaycan vətəndaşına hökm oxunub.
 
Bizimaz.az:  əyləncə müəssisəsində istirahət edən iki qrup arasında baş vermiş münaqişə zamanı kişilərdən biri bıçaq çıxardaraq Ukrayna Silahlı Qüvvələrinin həmin zaman xidmətdə olmayan hərbçisinin boyun nahiyəsinə zərbə endirib.
 
Azərbaycanlı hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Lakin kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində o, 03.02.2018-ci il tarixində Zaporojye şəhərində tutulub.
 
Kiyevin Dniprovski rayon məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırmasının nəticələrinə görə, Azərbaycan vətəndaşı 11 il müddətinə azadlıqdan məhrum edilib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov