Xəbər lenti




Bu yaxınlarda dörd vətəndaşımız Türkiyənin və Azərbaycanın xəbəri olmadan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Biz bunu öyrənəndə çox üzüldük. Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Azərbaycanın işğal altındakı torpaqlarına qeyri-qanuni yolla daxil olmaq cinayətdir. Dağlıq Qarabağa da getmək cinayətdir. Çünki Dağlıq Qarabağ digər yeddi rayon kimi Azərbaycanın işğal altında olan torpağıdır.

 

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin dörd vətəndaşının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanda cinayət işi başlayan kimi, Türkiyədə də cinayət işi açıldı, hüquqi prosedurlar başlandı. Məhkəmə həmin şəxsləri ifadə verməyə çağırdı. Hazırda bu proses davam edir. Həmin dörd nəfər mənə də müraciət etdi və bunun bir cinayət olduğunu, icazə almaq lazım gəldiyini bilmədiklərini söylədi. Mən də onlara dedim ki, siz bunu Azərbaycan hökumətinə izah edin. Sizin etdiyiniz cinayətdir. Hər halda həmin şəxslər orta məktəb şagirdləri deyillər. Onlar Azərbaycanı müdafiə etdiklərini, Xocalı qətliamını pislədiklərini və Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəklədiklərini söylədilər. Amma törətdikləri əməl, yəni, oraya qanunsuz səfər etmələri cinayət əməlidir.

Nazir qeyd edib ki, Türkiyənin həmin vətəndaşları Azərbaycana məktub göndərərək səhvə yol verdiklərini, bunun cinayət olduğunu bilmədiklərini qeyd ediblər. Bu, müsbət məqamdır. Amma hüquqi prosedur başladı ki, qoy dərs olsun və bir daha heç kim Azərbaycanın torpağı olan Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməsin. Bunu biz də qəbul edə bilmərik, Azərbaycan da qəbul edə bilməz. Bu, Prezidentimizin mövqeyidir, eyni zamanda, xarici işlər naziri olaraq mənim mövqeyimdir, dövlətimizin və xalqımızın mövqeyidir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov