Xəbər lenti




Nazirlər Kabineti bununla bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” və “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda dəyişiklik edib. 

Bizimaz.az-ın APA-ya istinadən xəbərinə görə, indiyə qədər ümumtəhsil məktəbində təhsil verənlərin və təhsil alanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilibsə, bundan sonra ümumtəhsil məktəbində təhsil verənlərin attestasiyasının, təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsil alanların digər hallar üzrə attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyən olunacaq. 

Ali təhsil müəssisələrinin bakalavriat pilləsinə yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları da artıq Nazirlər Kabineti deyil, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək. İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində artıq məhz Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdiriləcək.




© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov