Xəbər lenti

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib.

 

Bizimaz.az xəbər verir ki, Birinci vitse-prezident bildirib:

"Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrıu sizi qorusun!"

Könüllü qanvermə aksiyasına qoşulmuş təşkilatların siyahısı:

1. “AS Qrup İnvestment” şirkəti

2. Azərbaycan İdman Jurnalistləri Federasiyası

3. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi

4. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş, Göyçay, Mingəçevir İdarəsi

7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi

9. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

11. Azərbaycan Respublikasının Milli Məclisi

12. “AzərEnerji” ASC

13. “Azərişıq” ASC

14. Azərkosmos” ASC

15. “AzərGold” QSC

16. Bakı Şəhər İcra Hakimiyyəti

17. Bakı Nəqliyyat Agentliyi

18. City Hospital

19. Ege Hospital

20. Dövlət Dəniz Agentliyi

21. Heydər Əliyev Fondu

22. Heydər Əliyev Mərkəzi

23. “Kontakt Home” mağazalar şəbəkəsi

24. “Sağlam Ailə” Tibb Mərkəzi

25. “Rahat” supermarketlər şəbəkəsi

26. “Referans Medical Group”

27. Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov