Tələbatın kəskin artması bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığına gətirib çıxarıb.
Bizimaz.az BAKU.TV-yə istinadən xəbər verir ki, istehsalçı ölkələr isə məhsulla yanaşı istehsal avadanlığı və xammalın da ixracını dayandırıblar.
Azərbaycana da tibbi maska xaricdən gətirilirdi. Lakin ölkə başçısının tapşırığına əsasən vətəndaşlar bu sahədə çətinlik çəkməyəcək.
Təbii ki, “Bakı Tekstil Fabriki” tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi sayəsində.
Tibbi maska istehsalı üçün avadanlıq Türkiyədən gətirilib. İSO beynəlxalq tandartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək.
Müəssisə Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Parkın rezidenti statusu verilib. Burada 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi isə üçnövbəlidir.
Yerli istehsal maskalar bir həftədən sonra apteklərdə satışa çıxarılacaq. Yaxın iki gün ərzində isə məhsulun satış qiyməti açıqlanacaq.
Müəssisədə maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulması planlaşdırılır. Bu mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq 200-250 min tibbi maskaya çatdırılacaq.
BAKU.WS