“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün İstanbuldan Bakıya çarter reysi yerinə yetirib.
Bu barədə AZAL-dan bildirilib.
Həmin reyslə 106 nəfər vətəndaşımız Azərbaycana çatdırılıb.
Eyni zamanda, bu gün səhər saatlarında “Azərbaycan Hava Yolları”nın təyyarəsi ilə 69 sərnisin üçün London-Bakı reysi həyata keçirilib.
Bundan əlavə, dünən axşam Moskva şəhərindən (“Vnukovo” hava limanı) uçuş yerinə yetirən AZAL-ın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Təyyarədə 123 sərnişin olub.
Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
“AZAL bir daha vətəndaşları ciddi zərurət olmadan evdən çıxmamağa və uçuşlar həyata keçirməməyə çağırır. Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə riayət etmək hər birimizin borcudur”, - deyə aviaşirkətin məlumatında bildirilir.