Xəbər lenti

Milli Məclisin Mətbuat Xidməti parlament Aparatında və İşlər İdarəsində struktur islahatları aparılması barədə açıqlama yayıb.

 

Bizimaz.az  açıqlamanın mətnini təqdim edir:

"Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Nazirlər Kabinetində, icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi buraxılmış, 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri yolu ilə yeni deputat korpusu formalaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında dediyi kimi, "bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir”.

Azərbaycan xalqının, bütövlükdə cəmiyyətin və seçicilərin gözləntilərini doğrultmaq məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin işinin müasir standartlara uyğun yenidən təşkil edilməsi və bununla bağlı struktur islahatlarının həyata keçirilməsi, vətəndaş məmnunluğunun və iş prosesində şəffaflığın təmin edilməsi dövrün zərurətinə çevrilmişdir.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac vardır.

Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında Sərəncam qəbul etmişdir".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov