ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı qətnamənin əleyhinə səs verən dövlətlərin nümayəndəlikləri üçün ziyafət təşkil edəcək.
Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli açıqlama yayıb.
O bildirib ki, səsvermədə iştirak etməyən, bitərəf qalan və qətnamənin əleyhinə səs verən dövlətlərin nümayəndələrinə gələn il yanvarın 3-də “ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti veriləcək.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı rədd edilib. Qətnamənin lehinə 128, əleyhinə 9 səs verilib, 35 ölkə bitərəf qalıb, 20 dövlət isə ümumiyyətlə səsvermədə iştirak etməyib.