Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva ərazi bütövlüyümüz, torpaqlarımız uğrunda döyüşlərdə iştirak etmiş, böyük fədakarlıqlar göstərmiş döyüşçü, qazi qadınlarımızla görüşüb, geniş fikir mübadiləsi aparılıb.
Millət vəkili Qənirə Paşayeva "Biz bütün azərbaycanlılar sizi çox sevirik. Bizim üçün çox dəyərlisiniz" deyib, onlara bütün cəmiyyətimiz tərəfindən böyük hörmət, sevgi və sayğının olduğunu vurğulayıb. Eyni zamanda onların fikirlərini, təkliflərini dinləyib.
Millət vəkili Qənirə Paşayeva Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyev və ölkəmizin birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələrimizin, qazilərimizin yanındadır və hər zaman da cəmiyyəti onlara daha çox dəstək olmağa çağırır deyərək biz hamımız sizin yanınızdayıq deyib.
Millət vəkili Qənirə Paşayeva bu cür görüşləri Ali Baş Komandanımızın əmri ilə işğaldan azad edəcəyimiz torpaqlarımızda da keçirək deyib, bütün döyüşçü qadınlarımıza həyatlarında və fəaliyyətlərində uğurlar diləyib.
istinad