Xəbər lenti




Azərbaycanda ayrıca "ordu qəbiristanlığı"nın salınması təklifi müzakirə oluna bilər.

 

 APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, hazırda məzarlıqlarda orduda şəhid olanların xüsusi işarələrlə dəfn olunması üçün qayda var: “Qəbiristanlıqlarda şəhidlərin məzarlarının üzərində xüsusi qeydlərin olması qaydası faktiki olaraq qalır. Amma gələcəkdə vahid "ordu qəbiristanlığı"nın yaradılması, yaxud qəbiristanlıqlarda orduda həlak olanların dəfn olunması üçün ayrıca ərazinin yaradılması təklifi də müzakirə oluna bilər”.

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycanda orduda həlak olanlar üçün standart qəbirlərdən ibarət mzarlığın yaradılmasını təklif edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov