İlk olaraq Jurnalistika, Biologiya, Tarix və Filologiya fakültələrinin tələbələri ilə ayrı-ayrılıqda baş tutan görüşdə rektor Elçin Babayev respublikamız və əksər dünya dövlətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamış universitetin tarixi, inkişaf mərhələləri, tədris və elmi fəaliyyəti, sosial həyatı ilə bağlı məlumat verib, görülən işlər, yaradılan imkanlar barədə danışıb.