Dünyaca məşhur akyor və ifaçıların övladları doğulduqları gündən daim ictimaiyyətin diqqətini cəlb edir. Onların necə yaşaması, nə yeməsi, nə cür geyinməsi – bir sözlə, hər şey onların məşhur olan ana və ya atalarının fanatlarını maraqlandırır. Ulduz valideynlər adətən sevənlərinin marağını övladları ilə çəkdirdikləri fotosessiyalarla qarşılamağa çalışır. Elə məşhurlar da var ki, ailələrini aşırı diqqətdən qoruyur.