Xəbər lenti

Prezident İlham Əliyev ötən gün Qəbələnin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun açılışında iştirak edib.

 

Bizimaz.az: Axar.az AzTV-yə istinadla xəbər verir ki, açılış mərasimində ölkə başçısına görülmüş işlər barədə Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədov məlumat verib.

Bildirib ki, sözügedən yol bütövlükdə 15 km-dir: "Bu yol 11 yaşayış məntəqəsini birləşdirir. 10 min əhali yaşayır".

Prezident İlham Əliyev: Əmirvan kəndindən o tərəfə yaşayış yeri yoxdurmu?

Saleh Məmmədov: Burada yol da yoxdur, cənab prezident. 7 km yarım bir yol çəkilsə, Vəndam kəndinə gedib çıxmaq olar.

Prezident İlham Əliyev: Bu layihə üzərində işləyin, onu edərik.

Saleh Məmmədov: Digər investisiya proqramında nəzərdə tutulmuş Nic-Abrıx yoludur. Bu yol da 18 km-dir. Burada 40-a yaxın yaşayış məntəqəsi var.

Prezident İlham Əliyev: Qəbələ rayonunda cəmi 60 kənd var. Sən deyirsən 40-a yaxın?

Saleh Məmmədov: Bağışlayın, üzr istəyirəm, cənab prezident.

Prezident İlham Əliyev: Mən bilirəm axı, Qəbələdə bir şəhər, 3 qəsəbə, 60 kənd var. Şişirtmə bu rəqəmləri...

Qeyd: Sözügedən dialoq təqdim edilən videonun 40-cı dəqiqəsindədir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov